Dəmir yolu Daşınması

Bəzən ucqar bölgələrə yüklərin daşınmasını asanlaşdirmaq üçün dəmir yolu nəqliyyatından istifadə olunur . Bu nəqliyyat növünün müsbət xüsusiyyətləri ondan ibarətdir ki, nəqliyyatın bu növü müntəzəmdir və hava şəraitindən asılı olmur, bu isə malların vaxtında çatdırılması üçün vacibdir. Xüsusi nəqliyyat vasitələri, tikinti texnikası və digərləri də daxil olmaqla istənilən həcmdə yük daşınması mümkündü. Biz müştərinin istəyinə görə bütün lazımi sənədləşməni də apara bilərək. Şirkətimiz marşrut boyunca yüklərinizin təhlükəsizliyini təmin edir.
Dəmir yolu daşımalarının üstünlüyü:
•Aşağı vahid qiymət.
Məsafə nə qədər uzaqdırsa, məhsul vahidinə düşən çatdırılma qiyməti bir o qədər azdır.
•Yükgötürmə qabiliyyəti.
Bir daşıma çərçivəsində böyük həcmi məhsulun çatdırılması mümkündür.
•Dəmiryol nəqliyyat vasitəsinin universalığı.
Ağırçəkili və iriqabaritli yüklərin daşımaları üzrə geniş imkanlar.
• Hava şəraitindən asılı olmamaq.
Yüklərin praktiki olaraq istənilən hava şəraitində çatdırılması imkanı.